Azərbaycan ilə Meksika arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
Bakı, 6 noyabr (AZƏRTAC). Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov bu ölkənin Senatının Asiya-Sakit okean ölkələri üzrə komissiyasının sədri Teofilo Torres Korzo ilə görüşmüşdür.
Səfirlikdən AZƏRTAC-a bildirilmişdir ki, görüşdə Azərbaycan ilə Meksika arasında parlament diplomatiyası, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Tərəflər ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın geniş potensialının olduğunu vurğulamışlar.
T.T.Korzo cari ilin iyununda Meksika Senatının enerji komitəsinin sədri David Pençinanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı Azərbaycan ilə enerji əməkdaşlığı imkanlarının öyrənildiyini bildirmiş, ölkəmizin bu sahədə zəngin təcrübəsinin Meksika üçün faydalı ola biləcəyini vurğulamışdır.
Söhbət zamanı Meksikanın tezliklə Azərbaycanda diplomatik nümayəndəliyinin açılmasının vacibliyi vurğulanmış, qarşılıqlı səfərlərin təşkilinin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]