Azərbaycan ilə Meksika arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, regiondakı hərbi-siyasi şərait barədə qonağa məlumat verən nazir Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb. Nazir Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan ilə Meksika arasında əlaqələrin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]