AZƏRBAYCAN İLƏ NATO ARASINDA SƏRHƏD TƏHLÜKƏSİZLİYİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ UĞURLA İNKİŞAF EDİR
Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlığın Əməliyyat Planının (FTƏP) həyata keçirilməsi çərçivəsində reallaşan səfər müddətində E.Quliyev təşkilatın Siyasi-Hərbi Rəhbər Komitəsində təqdimatla çıxış edərək, ölkəmizdə sərhəd xidməti sahəsində NATO ilə əməkdaşlıq məsələlərindən danışmış, üzv ölkələrin nümayəndələrinin suallarını cavablandırmışdır.
General-leytenant E.Quliyevin NATO Baş katibinin müavinləri Munita Russo və Con Kolston, Baş katibin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simons ilə keçirdiyi görüşlərdə FTƏP-in sərhəd təhlükəsizliyi bölməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində E.Quliyev Belçika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi De van Daele, Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti bölməsinin rəhbəri Riçard Veber, Beynəlxalq Miqrasiya Təşkilatının regional ofisinin başçısı Peter Von Betlehfalvi ilə də görüşmüşdür.