Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Serbiyanın ölkəmizdəki səfiri Neboyşa Rodiç ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini vurğulayıb. Z.Həsənov bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Azərbaycan-Serbiya əməkdaşlığının müxtəlif sahələrdə inkişaf etdirilməsində qarşılıqlı marağın olmasının vurğulandığı görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]