Azərbaycan ilk dəfə Beynəlxalq ev-muzeyləri gününə qoşulub
Bakı, 7 aprel, AZƏRTAC
Hər il aprelin 5-6-da Beynəlxalq ev-muzeyləri günü çərçivəsində dünyanın müxtəlif ev-muzeylərində xüsusi proqramlar, rəngarəng tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, bu il ilk dəfə Azərbaycan da bu təşəbbüsə qoşulub.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialları olan Niyazinin mənzil-muzeyində, Vaqif Mustafazadənin ev-muzeyində və Qara Qarayevin ev-muzeyində Beynəlxalq ev-muzeyi günlərinə həsr olunmuş tədbirlər keçirilib.
Qeyd edək ki, Beynəlxalq ev-muzeyləri gününün keçirilməsi İtaliyanın Florensiya şəhərində yerləşən “Case della Memoria” Milli Assosiasiyasının təşəbbüsü və Beynəlxalq Muzeylər Şurasının (ICOM) DEMHIST (Tarixi Ev-Muzeylər üzrə Beynəlxalq Komitə), ICLCM (Ədəbiyyat və Bəstəkarlar Muzeyləri üzrə Beynəlxalq Komitə) dəstəyi ilə təklif olunmuşdur. Belə bir muzeylər bayramının dünyada qeyd olunması ev-muzeylərinə qlobal diqqət üçün geniş platforma yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]