Azərbaycan karateçiləri İtaliyada iki medal qazanıblar
Bakı, 11 dekabr, AZƏRTAC
Karate üzrə Azərbaycan yığması İtaliyanın Venesiya şəhərində gənclər arasında Karate 1 Liqasını iki medalla başa vurub.
Azərbaycan Karate Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, kumite üzrə yarışda Fərid Hacızade fəxri kürsünün iki pilləsinə qalxıb.
Kata növündə isə Salman Salmanov bürünc medal uğrunda görüşdə rəqibinə qalib gələrək üçüncü yeri tutub.