Azərbaycan Kubokunun yarımfinal oyunu “Sabah” üçün ilk, “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub
Bakı, 24 aprel, AZƏRTAC
“Sabah” tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəlib.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, Vasili Berezutskinin baş məşqçisi olduğu komanda yarımfinalda “Neftçi” səddini keçib – 2:1, 1:1.
“Sabah” turnirin 33 illik tarixində finala adlayan 19-cu komanda olub. “Qarabağ” 12, “Neftçi” 11, “Şamaxı” 6, “Xəzər Lənkəran” və “Qəbələ” 5, “Kəpəz” 4, “Bakı” 3, “Kür-Nur”, “Şəmkir”, “Sumqayıt” və “Zirə” 2 dəfə yarımfinalı uğurla keçib. “İnşaatçı” (Bakı), “Şəfa”, “Xəzri”, “MKT-Araz”, “İnşaatçı” (Sabirabad), “Xəzər” (Lənkəran) və “Karvan” isə “Sabah” kimi buna 1 dəfə nail olub.
Qeyd edək ki, 2001/2002 və 2019/2020-ci illər mövsümləri yarımçıq qalıb.
Həmçinin, “Sabah”la yarımfinalın cavab oyunundakı heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub. 1:1 hesablı bərabərlik “ağ-qaralar”ın Azərbaycan Kubokunda 40-cı sülhü olub. Paytaxt təmsilçisi 180-ci oyununda bu rəqəmə çatıb.
“Neftçi” həm də 20-ci səfər heç-heçəsini edib. Bu, 82-ci görüşdə qeydə alınıb. Digər bərabərliklərdən 17-si ev, 3-ü neytral meydana təsadüf edib.
Qeyd edək ki, “ağ-qaralar” kubokun tarixinə həm ümumi, həm ev, həm səfər, həm də neytral meydanda ən çox heç-heçə edən komandadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]