Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan Mədəniyyəti-2040”: Müasir mədəni inkişaf modeli və dövlət siyasətinin strateji çərçivəsi

“Azərbaycan Mədəniyyəti-2040”: Müasir mədəni inkişaf modeli və dövlət siyasətinin strateji çərçivəsi

  Bakı, 1 aprel, AZƏRTAC

Müasir dövrdə mədəniyyət yalnız mənəvi sahə deyil, həm də sosial, iqtisadi və siyasi inkişafın mühüm amillərindən biri kimi təzahür edir. Qloballaşma, rəqəmsallaşma və informasiya cəmiyyətinin formalaşması şəraitində mədəniyyətin funksiyaları genişlənib, onun dövlət siyasətində rolu daha da artıb. Bu kontekstdə hazırlanmış “Azərbaycan Mədəniyyəti-2040” Konsepsiyası ölkəmizdə mədəniyyət sahəsinin uzunmüddətli inkişaf strategiyasını müəyyən edən fundamental sənəd kimi xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının baş müəllimi Səba Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi “Azərbaycan Mədəniyyəti-2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası: Müasir mədəni inkişaf modeli və dövlət siyasətinin strateji çərçivəsi” adlı məqaləsində yer alıb. Məqalədə bildirilir ki, konsepsiyada təqdim olunan müasir mədəniyyət modeli Azərbaycan cəmiyyətinin həyat tərzinin ayrılmaz komponenti kimi mədəniyyətin rolunun genişləndirilməsinə yönəlib. Bu model mədəniyyətin gündəlik həyatın tərkib hissəsinə çevrilməsini təmin etməklə yanaşı, ənənəvi və müasir elementlərin qarşılıqlı əlaqədə inkişafını nəzərdə tutur. Eyni zamanda, mədəniyyətin elm, təhsil və innovasiyalarla inteqrasiyası bu sahənin funksionallığını artıran mühüm istiqamətdir. Konsepsiya çərçivəsində cəmiyyətin mədəni müxtəlifliyinin qorunması və milli birliyin möhkəmləndirilməsi prioritet hesab olunur. Bununla yanaşı, mədəniyyətə coğrafi, iqtisadi və rəqəmsal baxımdan əlçatanlığın təmin edilməsi mühüm vəzifə kimi müəyyən edilib. Qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunması ilə paralel olaraq rəqəmsallaşma prosesində ənənəvi ünsiyyət formalarının balanslaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Həmçinin beynəlxalq mədəni mübadilənin genişləndirilməsi Azərbaycan mədəniyyətinin qlobal məkanda mövqeyinin gücləndirilməsinə xidmət edir.

Konsepsiyada mədəniyyət çoxşaxəli və kompleks sistem kimi təqdim edilir və onun strukturunda bir-biri ilə qarşılıqlı əlaqədə olan əsas sahələr müəyyənləşdirilir. Bu sahələrə Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs daxildir. Hər bir istiqamət mədəniyyətin müxtəlif funksional aspektlərini əhatə etməklə yanaşı, bütövlükdə milli-mədəni sistemin formalaşmasında mühüm rol oynayır. Azərbaycan dili tarix boyu milli identikliyin əsas daşıyıcısı olub. Onun formalaşması erkən türk dillərinin inkişafı, regional dialektlərin qarşılıqlı təsiri və müxtəlif siyasi hakimiyyətlərin dil siyasəti ilə sıx bağlı olub. Orta əsrlərdə saray və ədəbi dil kimi inkişaf edən Azərbaycan türkcəsi xüsusilə klassik poeziya vasitəsilə yüksək estetik səviyyəyə çatıb.

XIX əsrdə mətbuatın yaranması ilə dil ictimai kommunikasiya vasitəsinə çevrilib. Sovet dövründə müəyyən ideoloji təsirlərə məruz qalsa da, Azərbaycan dili öz funksionallığını qoruyaraq geniş istifadə sahəsinə malik olub. Müstəqillik dövründə isə dövlət dili statusunun möhkəmləndirilməsi onun milli kimlikdəki rolunu daha da artırıb. Bu baxımdan dil yalnız ünsiyyət vasitəsi deyil, həm də tarixi yaddaşın, kollektiv təcrübənin və milli ideologiyanın daşıyıcısıdır.

Bununla yanaşı, Konsepsiyada “Azərbaycanın mədəniyyət dəyərləri” anlayışı çərçivəsində milli və ümumbəşəri prinsiplərin vəhdəti əsas götürülür. Bu dəyərlər sisteminə milli-mənəvi irs, tolerantlıq, dövlətçilik ənənələri, hüququn aliliyi, azadlıq və bərabərlik kimi fundamental prinsiplər daxildir.

Konsepsiya mədəni müxtəlifliyin qorunmasını və milli birliyin möhkəmləndirilməsini prioritetlərdən biri kimi müəyyənləşdirir. Bununla yanaşı, mədəniyyətə coğrafi, iqtisadi və rəqəmsal əlçatanlığın təmin edilməsi mühüm vəzifə kimi irəli sürülür. Qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunması ilə rəqəmsal transformasiya proseslərinin balanslaşdırılması xüsusi aktuallıq kəsb edir. Eyni zamanda, beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi Azərbaycan mədəniyyətinin qlobal mədəni məkanda mövqeyinin gücləndirilməsinə xidmət edir.

Müxbir – Xatirə Cəfərova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Lənkəranda şəlalədə batan şəxsin axtarışlarına başlanılıb

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Agentlik: Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist

Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib

“Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya təşkil olunub

Qəbələdə zəlzələ olub

Mis qiymətləri üçhəftəlik ən aşağı səviyyədən yüksəlir

Humanoid robotlar sürətlə inkişaf edir

UNEC-də “Məzun platforması” istifadəyə veriləcək

Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb

NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub

Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub

Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

Ramil Həsən: TÜRKPA türk dövlətləri arasında əlaqələrin inkişafında mühüm rol oynayır

Azərbaycan Universiteti RUR beynəlxalq reytinqində mövqeyini yaxşılaşdırıb

Bəşir Hacıyev: Kəlbəcərdə arıçılıq, heyvandarlıq və əkinçilik üzrə sahibkarlıq təşəbbüsləri genişləndirilir

Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026-2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB VİDEO

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026-2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB VİDEO

Şuşa Bəyannaməsi: beş ildə təsdiqini tapan tarixi qərar - ŞƏRH

Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq

Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu yaradılır

Rejissor Aynur Zərrintac: Ölkədə mədəniyyətin və incəsənətinin inkişafında özəl teatrların rolu son dərəcə vacibdir

Psixoloq: Sosial şəbəkələr uşaqların diqqət və konsentrasiya qabiliyyətinə təsir edir

Rafiq Aslanov: Qarabağda su və torpaq ehtiyatlarından daha səmərəli istifadə üçün geniş infrastruktur layihələri icra olunur

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb

Seymur Səfərli: Dövlət Proqramı çərçivəsində güzəştli kreditlər və faiz subsidiyaları nəzərdə tutulur VİDEO

Seymur Səfərli: Dövlət Proqramı çərçivəsində güzəştli kreditlər və faiz subsidiyaları nəzərdə tutulur VİDEO

Məşhur rəssam Devid Hokni vəfat edib

Vellinqton hava limanında yanğın: sərnişinlər terminaldan təxliyə edilib

“Şirvan Aqro”: İlin sonunadək südlük istiqamətdə inək və düyələrin sayının 3200 başa çatdırılması planlaşdırılır

Azərbaycan avarçəkəni Avropa çempionu olub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olunub

"Göyçay-Süd" ASC Laçında yeni emal zavodu tikməyi planlaşdırır VİDEO

"Göyçay-Süd" ASC Laçında yeni emal zavodu tikməyi planlaşdırır VİDEO

Xəzər rayonunda 13 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Fermer təsərrüfatının direktoru: Heyvandarlıq və müasir suvarma sahəsinə 10 milyon manat investisiya qoyacağıq VİDEO

Fermer təsərrüfatının direktoru: Heyvandarlıq və müasir suvarma sahəsinə 10 milyon manat investisiya qoyacağıq VİDEO

Azərbaycan-Türkiyə münasibətləri "ortaq inkişaf və qarşılıqlı güclənmə” modelinə əsaslanır Rəy

Fransada inflyasiya artıb

İsveç Müdafiə Komitəsi Rusiya ilə NATO arasında mümkün hərbi toqquşma riskindən danışıb

Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək

Məcnun Məmmədov: Ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçid təşviq ediləcək

“Mehr”: İran müəyyən şərtlər yerinə yetirilmədən nüvə danışıqlarına başlamayacaq

Ərzaq təhlükəsizliyinin təminatında 2026-2030-cu illər Dövlət Proqramının rolu: yeni çağırışlar və hədəflər

Şuşa Bəyannaməsi Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasında mühüm rol oynayır ŞƏRH