İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankı Tacikistan Milli Bankı ilə əməkdaşlıq edəcək
Bakı, 6 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə Tacikistan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Memorandumun məqsədi bank sektoru sahəsində əməkdaşlıq edilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, aktual məsələlərin müzakirəsi, təlim, internatura proqramları və seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkilindən ibarətdir. Memorandum iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək, həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin bank sisteminin inkişafına öz töhfəsini verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]