AZƏRBAYCAN MƏTBƏXİ NORVEÇDƏ YÜKSƏK QİYMƏTLƏNDİRİLİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Kanadanın Norveçdə səfərdə olan 30 nəfərlik nümayəndə heyəti Stavanger şəhərində Azərbaycan mətbəxinə qonaq edilmişdir. Buradakı Millətlər Evində keçirilən tədbirdə şəhər rəhbərliyi qonaqlara Azərbaycan mətbəxinin təamlarından ibarət süfrə açmışdır. Söhbət zamanı şəhərin meri Azərbaycan milli yeməklərindən bəhs etmiş, Millətlər Evindəki Qobustan tablolarını göstərərək vikinqlərin Azərbaycandan bu ərazilərə gəldiyini bildirmişdir.
Norveçdə milli azlıqların hər il keçirilən kulinariya günləri festivalında Azərbaycan mətbəxi dəfələrlə birinci yerə layiq görülmüşdür. 2006-ci ildə keçirilən festivalda da milli xörəklərimiz “Ən dadlı yeməklər” adını almışdır.
Ümumiyyətlə, norveçlilər Azərbaycan yeməklərini çox sevir və dəyərləndirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]