MƏDƏNİYYƏT
Azərbaycan Milli Kitabxanası ilə Uzaq Şərq Dövlət Elmi Kitabxanası arasında onlayn görüş
![](/files/galleryphoto/2023/1/1200x630/1681987141470796304_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16819871411352525981_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16819871412359853683_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16819871416026663796_1200x630.jpg)
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Azərbaycan Milli Kitabxanası ilə Uzaq Şərq Dövlət Elmi Kitabxanası arasında onlayn görüş keçirilib.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun və Xabarovsk diyarı “Azərbaycan birliyi” ictimai təşkilatının birgə keçirdiyi “Heydər Əliyev - Rusiyadan baxış” (Гейдар Алиев - взгляд из России) kitabının təqdimat mərasimi ilə əlaqədar təşkil olunub.
Qeyd edilib ki, kitab Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş konsulluğunun dəstəyi ilə nəşr edilib. Onlayn görüşdə kitabın müəllifləri K.Əkbərov və M. Çerynyakov da iştirak ediblər.
Onlayn görüş zamanı Ümummilli Lider Heydər Əliyev haqqında sənədli film, Ulu Öndərin həyat yolu haqqında slayd, Baykal-Amur magistral xəttinin tikintisi zamanı çəkilmiş fotolar, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış Elektron məlumat bazası iştirakçıların nəzərinə çatdırılıb.
Sonda Uzaq Şərq Dövlət Elmi Kitabxanasının rəhbərliyi Azərbaycan Milli Kitabxanasına Heydər Əliyev haqqında eləcə də Azərbaycan şairlərinin və yazıçılarının kitablarını göndərdiyinə görə təşəkkür edib.