Azərbaycan millisi Qazaxıstana qalib gəlib - YENİLƏNİB
Bakı, 11 iyun, AZƏRTAC
Futbol üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Macarıstanın Sombatxey şəhərində oynanılıb.
“Haladaş” İdman Kompleksinin stadionunda reallaşan görüş yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin heyətində qolları Mahir Emreli, Emin Mahmudov və Toral Bayramov vurublar. Rəqibin heyətində isə Yan Voroqovski və Maksim Samorodov fərqləniblər.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də keçirilmiş yoldaşlıq oyununda Albaniya seçməsinə 1:3 hesabı ilə məğlub olub.
19:05
Macarıstanın Sombatxey şəhərində Azərbaycan və Qazaxıstan yığmaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk hissədən sonra komandamız hesabda geridədir - 1:2.
Rəqib komandadan qolları Yan Voroqovski və Maksim Samorodov vurublar. Azərbaycan millisinin heyətində isə Mahir Emreli fərqlənib.
Qeyd edək ki, “Haladaş” İdman Kompleksinin stadionunda keçirilən matçı macarıstanlı Bens Çonka idarə edir.
18:50
Macarıstanın Sombatxey şəhərində Azərbaycan və Qazaxıstan yığmaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, milli komandamız fasiləyə 1:2 hesablı məğlubiyyətlə yollanıb.