Azərbaycan millisinin basketbolçusu: Yığma üçün ən yaxşısını etməyə çalışacağıq
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan millisi üçün ən yaxşısını etməyə çalışacağıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında basketbolun 3x3 növü üzrə Azərbaycan millisinin üzvü Dina Ulyanova Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanmaları barədə danışarkən deyib.
O, əldə etdikləri nəticəyə görə komandası ilə qürur duyduğunu bildirib: “Çətin oyunlar oldu. Amma sonda xalqımızı sevindirdik. İndi enerji yığıb, Avropa Kubokunun əsas mərhələsinə hazırlaşmalıyıq. Oradakı rəqiblər güclüdür. Lakin indiyədək əldə etdiyimiz uğurlu nətiсələr rəqiblərin bizdən çəkinməsinə səbəb olur. İnanıram ki, final mərhələsində layiqincə çıxış edəcəyik”.
Qeyd edək ki, Avropa Kubokunun final mərhələsi 5-7 sentyabrda Danimarkanın paytaxtı Kopenhagen şəhərində təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]