İDMAN
Azərbaycan millisinin San Marino yığması ilə oyun üçün heyəti açıqlanıb
Bakı, 22 avqust, AZƏRTAC
Xəbər verdiyimiz kimi, 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Azərbaycan yığması səfərdə San Marino millisi ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, oyuna hazırlıq məqsədilə millimiz avqustun 24-dən sentyabrın 2-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Sentyabrın 2-də isə millimiz San Marinoya yola düşəcək.
Artıq millimizin heyəti açıqlanıb. Heyətdə Kamran Ağayev (“Sumqayıt”), Anar Nəzirov, Elvin Məmmədov (hər ikisi “Zirə”), Səlahət Ağayev, Tərlan Quliyev, Ruslan Əmirquliyev, Ağabala Ramazanov (hamısı “İnter”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmayılov, Namik Ələskərov, Mahir Mədətov (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Magomed Mirzabekov (“Qəbələ”), Dmitri Nazarov (“Erzgedirge Aue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev, Ruslan Qurbanov (hər üçü “Neftçi”), Eddi İsrafilov (“Kadiz”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya) və Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə) yer alıblar.