Azərbaycan Müdafiə Nazirliyi: Laçın istiqamətində düşmənin diversiya qrupunun bir üzvü saxlanılıb
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk ediblər.
Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.
İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.
Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]
Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib VİDEO
- 24.09.2026 [18:58]