Azərbaycan Niderlandda keçiriləcək Avropa Paralimpiya Oyunlarında təmsil olunacaq
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov İraqın paytaxtı Bağdadda keçirilən beynəlxalq turnirdə iştirak etmiş qolbol idman növü üzrə milli komandanın üzvləri ilə görüşüb.
AZƏRTAC komitəyə istinadla xəbər verir ki, görüşdə AMPK-nın icraçı direktoru Eldar Babayev, prezidentin köməkçisi-idman şöbəsinin müdiri Kamal Məmmədov, milli komandanın baş məşqçisi Zahir Abdullayev və komandanın digər üzvləri iştirak ediblər.
Komitə prezidenti İlqar Rəhimov görüş zamanı komandanın hazırkı fiziki və psixoloji durumu ilə maraqlanıb, komandanın hazırlıq səviyyəsini artırmaq məqsədilə müvafiq tapşırıqlar verib. İ.Rəhimov qarşıdan gələn yarışlara, xüsusilə avqustun 8-20-də Niderlandın Rotterdam şəhərində keçiriləcək Avropa Paralimpiya Oyunlarında millimizə uğurlar arzulayıb.
Qolbol üzrə milli komandanın baş məşqçisi Zahir Abdullayev öz növbəsində komandanın hazırkı fiziki və psixoloji vəziyyəti barədə məlumat verərək bildirib ki, idmançılar qarşıdan gələn Avropa Paralimpiya Oyunlarına hazırlıqları davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:41]
“Arsenal” və “Atletiko” hücumçuların mübadiləsi barədə razılığa gəliblər
- 17.06.2026 [10:46]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 17.06.2026 [10:24]
Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib
- 17.06.2026 [10:19]
“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni yeniləyib
- 17.06.2026 [04:18]
Dünya çempionatı: Norveç qələbə qazanıb
- 17.06.2026 [02:49]
Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub
- 17.06.2026 [01:18]
Fransa dünya çempionatında Seneqalı məğlub edib
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]