AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ KONRAD ADENAUER FONDUNUN TƏŞKİL ETDİYİ KONFRANSDA İŞTİRAK EDƏCƏK
Bakı, 12 yanvar (AZƏRTAC). Gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatlarından ibarət Azərbaycan nümayəndə heyəti Konrad Adenauer Fondunun təşkilatçılığı ilə yanvarın 16-da Almaniyada keçiriləcək “Azərbaycan-Almaniya akademik mübadiləsi: müasir vəziyyət və perspektivlər” mövzusunda konfransda iştirak edəcəkdir. Tədbirdə əsasən gənclər siyasəti və təhsil sistemində Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri, tələbə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunacaqdır.
Gənclər və İdman Nazirliyindən bildirmişlər ki, nazir Azad Rəhimov konfransın açılışında Avropada azərbaycanlı gənclər təşkilatlarının, diaspor təşkilatlarının fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edəcəkdir.
Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin də iştirak edəcəyi tədbirdə ikitərəfli əməkdaşlığın aktual mövzularında məruzələr dinləniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:57]
Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]