AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN İRANA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Tehran, 24 aprel (AZƏRTAC). Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri başa çatmışdır. İranın vitse-prezidenti, milli-gənclər təşkilatının rəhbəri Əli Əkbərinin dəvəti ilə həyata keçirilən səfər dörd gün davam etmişdir.
Milli Məclisin deputatı Fuad Muradovun da daxil olduğu nümayəndə heyəti əvvəlcə Azərbaycanın İrandakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoymuş, ulu öndərin həyat və fəaliyyətini əks etdirən güşə ilə tanış olmuşdur.
İranın birinci vitse-prezidenti Pərviz Davudi, İran İslam Şurası Məclisinin birinci müavini Məhəmməd Abuturabi, vitse-prezidentlər Əli Əkbəri və Məhəmməd Əliabadi ilə keçirilən görüşlərdə Azərbaycan və İran gəncləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən bəhs edilmişdir. Qeyd olunmuşdur ki, gənclər arasında əməkdaşlıq əlaqələri Azərbaycan-İran münasibətlərindəki mehriban qonşuluğun və səmimi dostluğun qorunmasına xidmət verir.
Azad Rəhimov və Əli Əkbəri Azərbaycan Respublikası və İran İslam Respublikası gəncləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair anlaşma memorandumu imzalamışlar.
Memorandumdakı maddələrin fəal surətdə həyata keçilməsi üçün yaradılması nəzərdə tutulan müştərək komitə hər il Bakıda və Tehranda toplaşaraq görülən işləri və persrektiv planları müzakirə edəcəkdir.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində İsfahan şəhərində də bir sıra görüşlər keçirmişdir.
Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov nümayəndə heyətini müşayiət etmişdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]