Azərbaycan ombudsmanı ukraynalı həmkarı ilə görüşüb
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Ombudsman təsisatının 10 illiyi münasibətilə Ankarada keçirilən beynəlxalq konfransda iştirak edir.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Səbinə Əliyeva tərəfindən konfrans çərçivəsində xarici həmkarları arasında bir çox görüşlər keçirilib. Növbəti belə görüş Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets arasında olub.
Görüşdə iki ölkənin ombudsman təsisatları arasındakı əməkdaşlıq əlaqələri, mövcud vəziyyətdə insan hüquqlarının effektiv müdafiəsi və təmini sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
S.Əliyeva hazırda Ukraynada həbsdə olan Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin hüquqlarının müdafiəsi məsələsini diqqətdə saxlamasını Ukrayna ombudsmanından xahiş edib.
Hər iki Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
Qeyd edilməlidir ki, Ukrayna ombudsmanı konfrans zamanı verdiyi müsahibəsində ukraynalılara humanitar yardımını əsirgəməyən Azərbaycana təşəkkür edib və bu məsələdə Səbinə Əliyevanın mühüm rol oynadığını diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]