Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusu Hadrutda hərb tarixinin ən çətin əməliyyatlarından birini həyata keçirib VİDEO

AZƏRTAC-ın müxbirləri Hadrut döyüşlərində iştirak edən hərbçilərimizin bir neçəsi ilə həmsöhbət olublar

Hadrut, 9 oktyabr, AZƏRTAC

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsindən bir il ötür. Ötən il məhz bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin Hadrut qəsəbəsi və 8 yaşayış məntəqəsinin azad olunduğunu elan etməsi televiziya ekranları qarşısına toplaşan milyonlarla azərbaycanlını sevincə qərq etdi.

AZƏRTAC-ın müxbirləri xalqımıza bu möhtəşəm Zəfəri bəxş edən Azərbaycan Ordusunun hərbi qulluqçularının bir neçəsi ilə elə Hadrutda həmsöhbət olublar. Onların hər biri “Bu torpaqları düşmən əsarətindən xilas etmək bizim borcumuz idi. Məkrli düşməndən qisasımızı, şəhidlərimizin qanını döyüş meydanında aldıq. Xalqımıza sevinc və Qələbə bəxş etməkdən qürurluyuq” deyib, şəhid olan döyüş yoldaşlarını ehtiramla anıblar.

Hadrut əməliyyatında iştirak edən əsgər və zabitlərimiz döyüşləri belə xatırlayırlar.

Baş leytenant Ülvi Səfiyaroğlu: “Ötən il sentyabrın 27-də Füzuli uğrunda döyüşlərə başladıq. Oktyabrın 7-dən Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində döyüşlərimiz davam edirdi. Döyüşlər xüsusi təyinatlı qüvvələrlə birlikdə aparılırdı. Biz onlara artilleriya dəstəyi göstərir və daha rahat irəliləmələrinə şərait yaradırdıq. Hadrut işğaldan azad olunduqdan sonra şəxsi heyətin əhvali-ruhiyyəsi daha da yüksəldi. Ümumilikdə isə rayonlar, kəndlər, yaşayış məntəqələri düşmən tapdağından qurtulduqca daha da ruhlanır və inamla irəliləyirdik. İşğaldan azad olunmuş torpaqlarda hərbi xidməti hazırda canla-başla davam etdiririk. Xalqımızı əmin etmək istəyirik ki, erməni işğalçılarının ayağı bir də bu torpaqlara dəyməyəcək”.

Mayor Filman Məsimov: “Hər zaman Ali Baş Komandanın əmrinə müntəzir idik. Çoxdan gözlənilən məqam ötən il sentyabrın 27-də yetişdi. Həmin gün səhər saatlarında düşmənin genişmiqyaslı təxribatının qarşısının alınması məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlamaq əmrini aldıq. Bu, bizi sevindirdi. Verilən əmrdən sonra topçu kimi öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışdıq. Xüsusi təyinatlı qüvvələri atəş dəstəyi ilə təmin etmək rəhbərlik etdiyim artilleriya bölməsinə həvalə olunmuşdu və əlimizdən gələni edirdik. Hadrut uğrunda gedən döyüşlər elə də asan keçmədi. Hakim yüksəkliklərdə mövqe tutan ermənilər qoşunlarımızın irəliləməsinə hər vəchlə mane olmağa çalışırdılar. Lakin bunu bacarmadılar. Çox keçmədən Azərbaycan Ordusu Hadrutda üçrəngli bayrağımızı qaldırdı”.

Polkovnik-leytenant Firuz Bədəlov: “Biz Hadruta daxil olanda ordumuzun bölmələri artıq qəsəbəni işğalçılardan təmziləmişdilər. Bizə Azərbaycan Ordusunun digər bölmələrindən hakim yüksəklikləri təhvil almaq, onların mühafizəsini və müdafiəsini təşkil etmək tapşırılmışdı. Hadrutdan əlavə, Tuğ kəndində də bölmələrimiz yerləşdi və hakim yüksəkliklərin mühafizə və müdafiəsini təşkil etdik”.

Xüsusi təyinatlı qüvvələrin nümayəndəsi: “Hadrut çox yüksəklikdə yerləşdiyindən dağlarda döyüşmək bir qədər çətinlik yaradırdı, buna baxmayaraq qoşunlarımız daim irəliyə gedirdi. Ali Baş Komandanın bizə olan inamı, xalqımızın etimadı hər birimizə güc verirdi. Silahdaşlarımın döyüşkənliyini, torpaqlarımızı azad etməyin sevincini unutmayacağam. Hər döyüşdən qalib ayrıldıqca sevinirdik ki, ərazi bütövlüyümüz uğrunda döyüşmək və xalqımıza qürur yaşatmaq bizə qismət oldu. Bizə olan etimadı doğrultduq və torpaqlarımızı işğaldan azad etdik”.

Vətən müharibəsi qazisi, gizir Qorxmaz Teymurlu: “Öz qrupumuzla birlikdə düşməni pusquya salaraq çoxsaylı texnikasını şəxsi heyəti ilə birlikdə partladaraq məhv etdik, onların 022 xüsusi təyinatlı qüvvələrinin dörd şəxsi heyətini zərərsziləşdirdik. Üç “KamAZ”-a doluşmuş erməni əsgərləri Hadrut yolu ilə qaçırdı, onları da vurduq. Mən xüsusi təyinatlı bölükdə döyüşmüşəm. Burada döyüş yoldaşlarımızla birlikdə çətin günlər yaşamışıq. Bir ildən sonra bu torpaqlara yenidən ayaq basmaq isə tamam başqa hissdir. Hadrutda gedən döyüşlər indiki kimi yadımdadır. Şəhid olan və yaralanan döyüş yoldaşlarımı, onların qəhrəmanlığını heç vaxt unutmayacağam.

Döyüşlərdə üç dəfə yaralandım: Füzulidə, Hadrutda və Qubadlıda. İki dəfə döyüşləri davam etdirməyə özümdə güc tapsam da, sonuncu dəfə səhhətim buna imkan vermədi, çox təəssüfləndim. Lakin sevinirəm ki, Ordumuz düşmənə heç zaman unutmayacağı dərs verdi və Vətən müharibəsi möhtəşəm Zəfərlə bitdi”.

Hərbi ekspert, ehtiyatda olan zabit Azər Bayramov Hadrut əməliyyatının əhəmiyyətini şərh edərək deyib: “Hadrutun azad edilməsi Vətən müharibəsində dönüş nöqtəsi oldu. Hadrut çox strateji əhəmiyyətə malik, həm də Ordumuzun növbəti əməliyyatları yerinə yetirməsi üçün əsas açar yerlərdən biri idi. Azərbaycan Ordusu hərb tarixinin ən çətin əməliyyatlarından birini - sızma və dərinlikdə əməliyyatlarını icra edərək Hadrutu işğaldan azad etdi. Bu, Füzuli rayonunda yerləşən düşmən qüvvələrinin, onlara gələn təchizat və digər əlaqə yollarının kəsilməsində və mühüm strateji nöqtələrin ələ keçirilməsində önəmli rol oynadı. Hadrut azad ediləndən sonra demək olar ki, Ermənistan ordusunda çox sürətli şəkildə pərakəndəlik və fərarilik başladı, döyüş ruhu sındı. Separatçı rejimin başçısı Araik Harutyunyan kiçik qüvvələr yığaraq Hadrutun yenidən zəbt olunması üçün hücumlar təşkil edirdi. Ancaq onlar heç bir effekt vermədi. Azərbaycan Ordusu öz qalibiyyətli yürüşünü davam etdirdi və düşməni digər rayon, şəhər və yaşayış məntəqlərimizdən də qovub çıxardı”.

Həmsöhbətlərimiz 30 ilə yaxın davam edən işğala 44 gün ərzində son qoyan qəhrəman hərbçilərimizindən sadəcə bir neçəsi idi. “Məğlubedilməz erməni ordusu” mifini dağıdan, düşmənə meydanda əsl hərb və kişilik dərsi verən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə və xalqın yaddaşına əbədi həkk olunublar. Zəfər tariximizin hər səhifəsini vərəqlədikcə qürur duyuruq...

Azərbaycan Ordusu Hadrutda hərb tarixinin ən çətin əməliyyatlarından birini həyata keçirib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir