İQTİSADİYYAT
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalanıb
Bakı, 24 fevral, AZƏRTAC
Birinci Özbəkistan-Azərbaycan Regionlararası Forumu ölkələrimiz arasında qurulmuş sıx münasibətlərin birgə təşəbbüslərlə zənginləşdirilməsi üçün mühüm platformadır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Tədbir çərçivəsində (Birinci Özbəkistan-Azərbaycan Regionlararası Forumu - red) “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş” imzalanıb. Sənəddə yer alan məsələlər qarşılıqlı investisiya qoyuluşları və ticarət dövriyyəsinin artırılmasına, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir”, - deyə nazir bildirib.