Azərbaycan parabadmintonçusu Misirdə 2 bürünc medal qazanıb
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Misirin paytaxtı Qahirədə təşkil edilən beynəlxalq turnirdə uğurlu çıxış edib.
AZƏRTAC xəbər verir ki, 19 yaşlı gənc paralimpiyaçı həm təklərin mübarizəsində, həm də türkiyəli Sedat Tumkaya ilə birlikdə çıxış etdiyi qoşa yarışda 2 bürünc medala yiyələnib.
O, təklərin qrup mərhələsində misirli və hindistanlı rəqiblərini məğlub edərək 1/8 finala vəsiqə qazanıb. İdmançı ardıcıl iki mərhələdə hindistanlı rəqibləri üzərində qələbə qazanıb və yarımfinaladək irəliləyib.
Qoşa yarışda isə qrup mərhələsini misirli və hindistanlı rəqibləri üzərində iki qələbə ilə başa vuran İ.Əliyev və S.Tumkaya tandemi 1/4 finalda da hindistanlı rəqiblərini məğlub edib və turniri yarımfinalda başa vurub.
Qeyd edək ki, turnir "Grade 2" kateqoriyasına daxil edilən Beynəlxalq Badminton Federasiyasının təsnifat yarışıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:42]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]