Azərbaycan Parisdə keçirilən “Top Resa 2014” beynəlxalq turizm sərgisində iştirak edir
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 26-dək davam edəcək sərgidə Azərbaycan Respublikası da geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirmək üçün 50 kvadratmetr sahədə lövhə quraşdırılıb, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanılması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, “Top Resa” beynəlxalq turizm sərgisində iştirak edir. Ötən il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 164 ölkədən 1200-ə yaxın şirkət iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]