AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ FUTBOL TURNİRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetinin futbol meydançasında Milli Məclisin və icra hakimiyyəti orqanlarının komandalarının Azərbaycan Parlamentinin 90 illiyinə həsr edilmiş “Parlament kuboku-2008” futbol turnirinə yekun vurulmuşdur.
Final görüşündə Daxili İşlər Nazirliyinin komandası Vergilər Nazirliyinin futbolçuları ilə qarşılaşmışdır. Gərgin mübarizə şəraitində keçən görüş 2:1 hesabı ilə Daxili İşlər Nazirliyinin komandasının xeyrinə başa çatmışdır.
Beləliklə, birinci yeri Daxili İşlər Nazirliyi komandası, ikinci yeri Vergilər Nazirliyinin idmançıları, üçünçü yerləri isə Milli Məclisin futbolçuları ilə Ədliyyə Nazirliyinin təmsilçiləri bölüşmüşlər.
Qaliblərə mükafatları Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov, Daxili İşlər Nazirliyinin müavini Vilayət Eyvazov, Vergilər Nazirliyinin birinci müavini Şahin Mustafayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim etmişlər.
Birinci yerin sahibi kubok, diplom və qızıl medallarla, ikinci yerə çıxan komanda gümüş, üçüncü yerləri tutmuş komandalar bürünc medallar, eləcə də diplomlarla mükafatlandırılmışlar. Yarışın ən yaxşı qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və ən sərrast futbolçusuna da mükafatlar təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:49]
Azərbaycan avarçəkəni Avropa çempionu olub
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]