AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ FUTBOL TURNİRİ DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetinin futbol meydançasında Milli Məclisin və icra hakimiyyəti orqanlarının komandaları arasında Azərbaycan Parlamentinin 90 illiyinə həsr edilmiş “Parlament kuboku-2008” futbol turniri davam edir.
Birinci mərhələnin növbəti görüşlərində Fövqəladə Hallar Nazirliyinin komandası Mədəniyyət və Turizm Nazirliyinin futbolçularını 8:2, Kənd Təsərrüfatı Nazirliyinin idmançıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təmsilçilərini 2:1 hesabı ilə məğlub etmişlər.
Turnirin qalibi kubok və qızıl medallar, ikinci yerə çıxan komanda gümüş, üçüncü və dördüncü yerləri tutmuş komandalar isə bürünc medallarla mükafatlandırılacaqlar. Yarışın ən yaxşı qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və ən sərrast futbolçusuna da mükafatlar təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]