Azərbaycan Premyer Liqası: “Keşlə” klubu qələbə qazanaraq beşinci pilləyə yüksəlib
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Keşlə" klubu Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da oynanılan qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bakı klubunun heyətində qolları 37-ci dəqiqədə Pərviz Azadov, 47-ci dəqiqədə Rəhman Hacıyev və 80-ci dəqiqədə penaltidən Felipe Santos vurub. Meydan sahiblərindən isə 84-cü dəqiqədə Cəmaləddin Xocaniyazov fərqlənib. Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Keşlə" 5-ci pilləyə yüksəlib. 12 xalı olan "Sumqayıt" isə 7-ci sıraya geriləyib.
Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Tura dekabrın 16-da keçiriləcək "Səbail" - "Sabah" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:57]
Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]