Azərbaycan Premyer Liqası: “Qarabağ” vahid liderə çevrilib
Bakı, 4 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turun sonuncu oyununda son çempion "Qarabağ" klubu “Keşlə"nin qonağı olub. "ASK Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
"Keşlə"nin heyətində yeganə qolu 7-ci dəqiqədə Rəhman Hacıyev vurub. Oyunun 90-cı dəqiqələrində isə Patrik Andrade penaltidən hesabı bərabərləşdirib.
Xallarının sayını 18-ə çatdıran meydan sahibləri 8-ci pillədə qalıb. "Qarabağ" isə 43-cü xalını qazanaraq "Neftçi"ni keçib və vahid lider olub.
Qeyd edək ki, günün digər matçlarında "Sumqayıt" səfərdə "Neftçi"ni 2:0, "Sabah" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Dünən baş tutmuş "Səbail" - "Zirə" oyununda hesab açılmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]