Azərbaycan Premyer Liqası: “Turan Tovuz” evdə, “Şamaxı” səfərdə qələbə qazanıb
Bakı, 12 aprel, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XXX turun daha iki oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Sabah" səfərdə "Turan Tovuz"un qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün son matçında isə "Sumqayıt" öz meydanında "Şamaxı"nı qəbul edib. Bu görüşdə isə qonaqlar qələbəni bayram ediblər - 2:1. Bu nəticələrdən sonra "Turan Tovuz" 47 xalla 4-cü, "Sabah" 36 xalla 5-ci, "Şamaxı" 31 xalla 7-ci, "Sumqayıt" isə 29 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XXX turun açılış oyununda "Qarabağ" səfərdə "Səbail"ə 4:1 hesabı ilə qalib gəlib. Tura aprelin 13-də keçiriləcək iki matçla yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]