Azərbaycan Premyer Liqasının XXI turunun açılış matçı qolsuz başa çatıb
Bakı, 3 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 3-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk oyununda "Zirə” klubu "ASCO Arena"da "Səbail"lə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.
Bu nəticədən sonra xallarını 31-ə çatdıran "qartallar" 3-cü pillədəki yerini qoruyub. "Səbail" isə 19 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, XXI turun "Neftçi" - "Sumqayıt", "Sabah" - "Qəbələ" və "Keşlə" - Qarabağ" matçları aprelin 4-də olacaq.