AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN ENERGETİKA NAZİRİ NİKA GİLAURİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Prezident sarayında Gürcüstanın energetika naziri Nika Gilaurini qəbul etmişdir.
Görüşdə Azərbaycanla Gürcüstan arasında energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, bunun gələcəkdə də inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.
Nika Gilauri Gürcüstanın qaz təchizatı ilə bağlı Azərbaycanın göstərdiyi köməyin ölkəsində yüksək qiymətləndirildiyini qeyd etdi və bununla bağlı minnətdarlığını bildirdi.