AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV HOLLANDİYANIN “ŞELL” ŞİRKƏTİNİN İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞMÜŞDÜR
![]() |
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda, “Morasani” mehmanxanasında Hollandiyanın “Şell” şirkətinin icraçı direktoru Yeroyn Van der Veer ilə görüşmüşdür.
Azərbaycanın bu şirkətlə əməkdaşlığının perspektivlərinin müzakirə olunduğu görüşdə Yeroyn Van der Veer “Şell”in Azərbaycan ilə energetika sahəsində əməkdaşlıq etməyə böyük maraq göstərdiyini söylədi.
Prezident İlham Əliyev onların bu istəyini müsbət qarşıladığını və “Şell” ilə əməkdaşlığın başlanması üçün ölkəmizdə müvafiq tapşırıqlar veriləcəyini bildirdi.
