AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İNDONEZİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Prezident sarayında İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan H.S.Viranata-Atmadjanın etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
İvan H.S.Viranata-Atmadja etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Xatirə şəkli çəkdirildikdən sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Bildirildi ki, həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam Konfransı Təşkilatında fəal əməkdaşlıq həyata keçirilir. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir.
Söhbət zamanı qarşılıqlı əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik vurğulandı.
######
![]() |
![]() |

