AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SUMQAYIT ŞƏHƏRİNDƏ OLMUŞDUR
ÜMUMMİLLİ LİDERİN ABİDƏSİNİ ZİYARƏT
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da Sumqayıt şəhərində olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin ikinci böyük sənaye şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi.
Prezident İlham Əliyev abidənin önünə gül qoydu və kompleksin ətrafında salınmış istirahət parkında aparılan abadlıq işləri ilə tanış oldu, şəhərin daha da gözəlləşdirilməsi üçün müvafiq tapşırıqlar verdi.