AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ
TBİLİSİDƏ HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 12-də Krakovdan Gürcüstana gəlmişdir. Həmin gün Tbilisinin tarixi məhəllələrindən biri olan Abanostubanidə, Heydər Əliyev parkında ulu öndərin büstünün təntənəli açılış mərasimi olmuşdur.Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail
Saakaşvili mərasimdə iştirak etmişlər.
Saakaşvili mərasimdə iştirak etmişlər.2004-cü ildə Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı bu parka ulu öndərin adı verilmişdir. Azərbaycanın xalq rəssamı, heykəltəraş Natiq Əliyev tərəfindən qranitdən hazırlanmış büstün və postamentin hündürlüyü dörd metrdir.
Parka toplaşan minlərlə tbilisili - gürcülər və azərbaycanlılar dövlət
başçılarını hərarətli alqışlarla qarşıladılar.
başçılarını hərarətli alqışlarla qarşıladılar.Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili büstün üzərindən ağ örtüyü götürdülər.
Dövlət başçıları mərasimdə nitq söylədilər.