AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MALAYZİYANIN BAŞ NAZİRİ ABDULLA ƏHMƏD BADAVİ İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Məkkədə, İslam Konfransı Təşkilatının üçüncü fövqəladə toplantısı çərçivəsində Malayziyanın Baş naziri Abdulla Əhməd Badavi ilə görüşmüşdür.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələri, o cümlədən iqtisadi əlaqələrin genişlənməsi, beynəlxalq məsələlər, İKT çərçivəsində əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparıldı.