AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Bakı, 9 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri iyunun 9-da başa çatmışdır.
İstanbulun Atatürk Beynəlxalq hava limanında Azərbaycan Prezidentini Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
X X X
Həmin gün Prezident İlham Əliyev Vətənə qayıtmışdır.
Heydər Əliyev adına Beynəlxalq hava limanında dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.
######
