AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ İRAN PREZİDENTİ MAHMUD ƏHMƏDİNEJADIN GÖRÜŞÜ
İstanbul, 8 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 8-də İstanbulda, “Çırağan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu.
Dövlət başçıları siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardılar.
Görüşdə Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
######
