Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı artıq iki ildir ki, icra olunur və proqramın əhəmiyyəti də, onun vacibliyi də hamımız üçün aydındır. Bu, Dövlət Proqramıdır. O deməkdir ki, dövlət bu proqramın həyata keçirilməsində bütün məsuliyyəti öz üzərinə götürübdür. Eyni zamanda, sahibkarların da bu proqramda fəal iştirak etməsi üçün dövlət öz tərəfindən onlara lazımi şəraiti yaradır. Bu, ilk növbədə, kreditlərin verilməsi, digər tərəfdən, sahibkarlara olan dəstək, onlara olan inam və ümumiyyətlə, Azərbaycanda sahibkarlığın inkişafına göstərilən diqqətdir. Çünki inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada iqtisadiyyat daha çox özəl sektorun hesabına, ilk növbədə, kiçik və orta sahibkarların fəaliyyəti nəticəsində inkişaf edir. Kiçik və orta sahibkarlığın ümumi daxili məhsulda olan çəkisi nə qədər yüksəkdirsə, deməli, ölkə iqtisadiyyatı da bir o qədər inkişaf edir.

Təbii ki, Azərbaycanda buna nail olmaq üçün müəyyən vaxt, zaman lazımdır. Biz 15 il bundan əvvəl tamamilə başqa sistemdə yaşamışıq. Bildiyiniz kimi, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da ölkədə gedən proseslər imkan vermirdi ki, dərhal ciddi quruculuq işləri aparılsın. Sosial-iqtisadi tənəzzül, siyasi-hərbi böhran - bütün bunlar, əlbəttə ki, ölkəmizi çox çətin vəziyyətə salmışdı. Yalnız son 10 il ərzində, vəziyyət sabitləşəndən sonra davamlı iqtisadi islahatlar aparılmağa başlandı və bu gün uğurla davam etdirilir.

Son iki ildə isə iqtisadi islahatların yeni dövrü başlandı. Bu dövr də çox əhəmiyyətlidir, bizim üçün çox vacibdir. Yenə də qeyd etmək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı üçün indi ölkədə və bölgədə çox gözəl şərait mövcuddur. Bu şəraitin yaranmasında, əlbəttə ki, təbii amillər də rol oynayır, ancaq Azərbaycanın siyasəti, ölkəmizin dünyadakı, bölgədəki möhkəmlənən mövqeyi də böyük rol oynayır. Azərbaycan bölgədə gedən önəmli proseslərin təşəbbüskarıdır, icraçısıdır. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə - nə siyasi, nə iqtisadi, nə də nəqliyyat layihəsi həyata keçirilə bilməz. Bu, reallıqdır və getdikcə bizim önəmimiz artacaqdır.

Mən ölkəmizin gələcəyinə çox nikbinliklə baxıram. Çünki güclü Azərbaycan yaratmaq üçün bütün imkanlar var. Ölkəmizin coğrafi vəziyyəti, təbii sərvətlərlə zəngin olması, cəmiyyətdə dövlət siyasətinə olan dəstək, xalqla iqtidar arasında olan birlik, bizim iqtisadi islahatlarımız, enerji və nəqliyyat dəhlizinin təmin olunmasında Azərbaycanın artan rolu - bütün bunlar müsbət amillərdir. Biz bundan istifadə etməliyik.

Bu gün görülən işlər bir neçə ildən sonra öz bəhrəsini verəcəkdir. Necə ki, iki il bundan əvvəl sahibkarlara verilmiş kreditlər bu gün artıq yeni müəssisələrin açılışına gətirib çıxarıbdır.

Biz iki il bundan əvvəl böyük həcmdə kredit verə bilməzdik. Çünki maliyyə imkanlarımız o qədər də yaxşı deyildi. Ancaq bu il 100 milyon dollar kredit veriləcəkdir. Bu kredit işləyəcək və bəlkə də bir-iki ildən sonra yeni infrastrukturun, yeni iş yerlərinin yaradılmasına, yeni inkişafa öz töhfəsini verəcəkdir. İnkişaf budur. Əsas odur ki, siyasət düzgün müəyyən edilsin, proqram tərtib olunsun və proqram şüara çevrilməsin. Reallığı əks etdirsin və real nəticələrə gətirib çıxarsın. Əlbəttə ki, bütün aidiyyəti orqanlar bu proqramın icrasında çox fəal iştirak etməlidir.

Yerli hakimiyyət orqanlarının üzərinə böyük vəzifələr düşür və bildiyiniz kimi, indi bölgələrdə kadr dəyişikliyi davam edir. Bu da təbii prosesdir, çünki yeniləşmə getməlidir. Əsas tələb ondan ibarətdir ki, hər bir vəzifəli şəxs, hər bir məmur öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsin, öz əməyi ilə, öz zəhməti ilə ümumi işimizə öz töhfəsini versin, insanlara diqqət, qayğı göstərsin və beləliklə, öz məsuliyyətini dərk etsin.

Sahibkarlığın inkişafı bu baxımdan da proqramın tərkib hissəsidir. Baxmayaraq ki, proqramın əsas yükü dövlətin, hökumətin üzərinə düşür. Elektrik stansiyalarının, su kəmərlərinin tikintisi, qazpaylayıcı şəbəkənin yeniləşməsi, məktəblərin, xəstəxanaların tikintisi, yolların - həm magistral, Azərbaycanı başqa ölkələrlə birləşdirən, həm də şəhərdaxili və kəndarası yolların tikintisi - bütün bunlar dövlət hesabına həyata keçiriləcək və həyata keçirilən məsələlərdir.

Sahibkarların üzərinə düşən vəzifələr də aydındır. Bu da ondan ibarətdir ki, bu gözəl sərmayə mühitindən istifadə edib yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına nail olsunlar. Yeni fabriklər, zavodlar yaradılsın ki, ölkəmiz inkişaf etsin və sahibkarlar özləri də bundan faydalansınlar.

Proqramın, əlbəttə ki, əsas məqsədi işsizliyin aradan qaldırılmasından, yoxsulluğun azaldılmasından ibarətdir. Hər iki istiqamətdə,- əlbəttə, bu iki istiqamət bir-biri ilə sıx bağlıdır, - son iki il ərzində uğurlar var. 340 min yeni iş yerinin açılması, yoxsulluğun səviyyəsinin 49 faizdən 29 faizə düşməsi reallıqdır, real nəticədir. Minimum əmək haqqı bir neçə dəfə qalxıbdır. Düzdür, bu, bizi qane edə bilməz. Çünki indiki səviyyə bizi qane etmir, minimum əmək haqqı gərək insanın minimum tələbatını ödəsin. Bu, hələ ki, belə deyildir. Amma bu da olacaqdır. Bu il də nəzərdə tutulub, gələn il də nəzərdə tutulacaq və Azərbaycanda minimum əmək haqqı ildən-ilə qalxacaqdır. Gördüyümüz işlər, gələcəkdə bizi gözləyən böyük neft gəlirləri, əlbəttə, bu imkanı bizə yaradacaqdır. Ancaq biz gərək çox dəqiq olaq, çox diqqətli olaq, makroiqtisadi sabitliyi poza bilən amillərdən özümüzü qoruyaq.

Çünki inflyasiyanın qalxması, qiymətlərin qalxması bizi çox ciddi düşündürür. Keçən ilin əvvəlində bu, ciddi xarakter almışdı. Görülən tədbirlər nəticəsində onun qarşısı alındı. İndi də inflyasiyanın səviyyəsi birrəqəmli həddə olmalıdır. Nəzərə alsaq ki, əhalinin pul gəlirləri inflyasiya səviyyəsini bir neçə dəfə üstələyir, real artım çox yüksək səviyyədədir.

İndi iqtisadi sahədə Azərbaycanın qarşısında bir neçə önəmli məsələ durur. Onlardan biri qeyri-neft sektorunun, kənd təsərrüfatının, infrastrukturun inkişafı və nəqliyyat infrastrukturunun inkişafıdır. Bütün istiqamətlərdə işlər yaxşı gedir, yeni yollar salınır, aeroportlar, elektrik stansiyaları, qaz xətləri tikilir və əlbəttə ki, bu, insanların gündəlik həyatına öz təsirini göstərməlidir. Hər bir insan bunu hiss etməlidir. Ona görə həm böyük layihələr, infrastruktur layihələri həyata keçirilir, həm də hər bir rayonun, hər bir kəndin də öz proqramı olmalıdır.

Mən həmişə deyirəm, əgər hər bir kəndin problemi həll edilərsə, deməli, ölkədə bütün problemlər həll olunar. Ona görə biz gərək buna çox həssaslıqla, çox dəqiqliklə yanaşaq. İki il bundan əvvəl qəbul edilmiş proqramda əsas istiqamətlər müəyyən edilibdir, bununla yanaşı, orada konkret tədbirlər planı da var. Yenə deyirəm, eyni zamanda, hər bir rayonun, hər bir kəndin öz proqramı, öz tədbirlər planı olmalıdır. Buradan, Bakıdan bütün bunları görmək, bunların hamısını idarə etmək mümkün deyildir. Biz proqramı qəbul edirik, ondan sonra mənim rayonlara səfərlərim nəticəsində şəxsən özüm vəziyyətlə tanış oluram, görürəm. Ancaq, əlbəttə ki, yerli icra orqanlarından, onların fəaliyyətindən çox şey asılıdır. Mənim də tələbim dəyişməz olaraq qalır: yaxşı işləmək, can yandırmaq, ürəklə işləmək. Belə olsa, bizim problemlərimiz öz həllini tapar.

Əgər biz öz maliyyə sistemimizdə şəffaflığı tam şəkildə təmin etsək, istənilən məsələ öz həllini tapa bilər. İndi ayrılan vəsaitlə çox işlər görmək olar. Sadəcə olaraq, gərək bu vəsaitdən düzgün istifadə edilsin. Ona görə biz gərək şəffaflığı təmin edək, daha da möhkəmləndirək, xərclərə nəzarət daha da güclü olmalıdır və əlbəttə, bütün vəsaitlərdən məqsədyönlü şəkildə istifadə olunmalıdır.

Nəzərə alsaq ki, Azərbaycanın büdcəsi ildən-ilə artacaq, - bu il 4 milyard dollardır, gələn il xeyli artacaq, - deməli, nəzarət də artmalıdır. Artan büdcəmiz həyatda - yeni iş yerlərinin açılmasında, yeni müəssisələrin, fabriklərin, zavodların, səhiyyə, təhsil, sosial infrastrukturun yaradılmasında öz əksini tapmalıdır.

Mən ümid edirəm ki, 2006-cı il də bizim üçün uğurlu olacaqdır. Çünki 2006-cı ildə ölkəmizin gələcəyini müəyyən edən iki nəhəng enerji layihəsi tamamlanacaqdır: Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri. Bu kəmərlər uzun illər Azərbaycana xidmət edəcək, ölkəmizi zənginləşdirəcək, çox güclü maliyyə resursu bazası yaradacaqdır. Bizdən isə tələb olunan odur ki, bu imkanlardan səmərəli istifadə edək, vicdanla istifadə edək və bu böyük sərvət bizə nəsib olub, gərək o, Azərbaycanın inkişafına xidmət etsin.

Bütün imkanlar var ki, Azərbaycan ən müasir ölkəyə çevrilsin. Mən bunu artıq demişəm, hər bir imkan var, - istər iqtisadi, istər siyasi, istərsə də bölgədə gedən proseslər. Biz bundan istifadə etməliyik. Əgər istifadə etməsək, biz bu şansı itirə bilərik. İndi vəziyyət çox əlverişlidir və hər bir vəzifəli şəxsdən, hər bir icra hakimiyyəti başçısından, hər bir məmurdan tələb edirəm və sahibkarlardan, iş adamlarından xahiş edirəm ki, ölkəmizin inkişafı üçün öz səylərini əsirgəməsinlər. Bu, bizim vətənimizdir, xalq bizim xalqımızdır. Biz elə etməliyik ki, ən yüksək səviyyədə olaq, həm Azərbaycanın imici yüksəlsin, mövqeləri möhkəmlənsin, həm də Azərbaycan xalqının rifah halı daha da yaxşılaşsın.

İndi bizdə orta aylıq əmək haqqı 140 dollara qalxıbdır. Bu, böyük göstəricidir. Amma bizi qane edə bilməz. Tərəqqi var, irəliləyiş var, inkişaf sürətlə gedir. Mən istəyirəm ki, daha da sürətlə getsin, bilirəm ki, daha da sürətlə gedə bilər. Əgər bilsəydim ki, bu, maksimum sürətdir, deyərdim, elə bu sürətlə də davam edək. Sürət yüksəkdir, amma maksimum sürət deyildir. Biz işlərimizi daha da sürətləndirməliyik, bütün imkanlarımızı daha da səfərbər etməliyik və onda qarşımızda duran çox ciddi məsələlər tezliklə öz həllini tapa bilər.

Mən buna çalışıram, istəyirəm ki, qarşımıza qoyduğumuz proqramlar daha da sürətlə öz həllini tapsın. Çünki Azərbaycan xalqı buna layiqdir. Biz hamımız - hökumət, dövlət, cəmiyyət, biznes strukturları bunu etməliyik. Bu, bizdən asılıdır və mən ümid edirəm ki, hamımız bu böyük məsuliyyəti dərk edirik.

İndi yerlərdə, rayonlarda hesabat toplantıları keçirilir, görülən işlər təhlil olunur. Eyni zamanda, son iki il ərzində görülən işlər İqtisadi İnkişaf Nazirliyinin xətti ilə daha dəqiqliklə təhlil olunacaqdır. Ən önəmlisi, - bu gün burada bu barədə bir az danışıldı və mən ümid edirəm ki, biz buna daha da çox diqqət göstərəcəyik, - mövcud olan problemlər və onların həlli yollarıdır. Əsas problemi müəyyən etmək, onun həll yolunu araşdırmaq və buna nail olmaq. Bunu da etmək üçün hər şey var. Bundan sonra da, bizim maliyyə imkanlarımız artdıqca qarşımızda duran bütün vəzifələr öz həllini tapacaqdır. Məhz buna görə iki il bundan əvvəl bütün başqa vacib məsələlərlə yanaşı, mən əsas diqqəti, ağırlığı məhz iqtisadi islahatlara yönəltdim. Çünki hər şey buna bağlıdır. Əgər iqtisadiyyat inkişaf etmirsə, heç bir layihə öz həllini tapa bilməz. Nə qədər yaxşı yazsan da, heç bir gözəl niyyət, yaxud da təklif, proqram bunsuz həll edilə bilməz, kağız üzərində qalacaqdır. Hər şey iqtisadiyyata bağlıdır. Biz də onu möhkəmləndiririk və bundan sonra daha da möhkəmləndirəcəyik.

Mən ümid edirəm ki, 2006-cı il Azərbaycanda iqtisadi islahatların davam etdirilməsi üçün uğurlu il olacaqdır. Yenə də deyirəm, dövlətin üzərinə düşən vəzifələr icra olunacaqdır. Əminəm ki, sahibkarlar da, iş adamları da ümumi işimizə öz töhfəsini verəcəklər. Əgər bu gün başqa ölkələrdən gəlib Azərbaycanda iş görmək istəyənlərin sayı artırsa, deməli, yerli iş adamları da bu gözəl imkanlardan istifadə etməlidirlər. Vaxtilə Azərbaycandan getmiş, başqa ölkələrdə yaşayan vətəndaşlar indi Azərbaycana qayıdırlar. Bu gün ölkəmizə xarici ölkə vətəndaşlarının axını müşahidə olunur, Azərbaycana iş görmək, pul qazanmaq üçün, müəyyən iqtisadi layihələri həyata keçirmək üçün gəlirlər. Vaxtilə ölkədən gedirdilər, indi ölkəyə qayıdırlar. Bu proses davam edəcəkdir. Çünki Azərbaycan gözəl ölkədir. Gözəl insanlar, çox əlverişli iqtisadi şərait, investisiya axını, neft kəmərlərinin istismara verilməsi, gözəl ictimai-siyasi ab-hava, Azərbaycanda bütün xalqların bir ailə kimi yaşaması - bu, nadir bir mənzərədir.

İndi gəlin başqa ölkələrə baxaq. Mən heç misal gətirmək istəmirəm. Amma bəzi ölkələrdə proseslər çox ciddidir, başqa istiqamətdə inkişaf edir, cəmiyyətdə gərginlik var, müəyyən ziddiyyətlər var, müxtəlif zəmində olan ziddiyyətlər var, təhlükələr var, ədavət var. Bunların heç biri Azərbaycanda yoxdur. Azərbaycanda indiki bu gözəl şərait bizə imkan verir ki, ölkəmizi daha da sürətlə inkişaf etdirək. Biz bunu bilməliyik, qiymətləndirməliyik. Azərbaycanın önəmi məhz ona görə də artır ki, burada vətəndaş cəmiyyəti möhkəmlənir, burada bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar.

İndi dünyada gedən proseslər çox təhlükəlidir. Sivilizasiyalar arasında dialoqdan danışılır, amma, əslində, bu, dialoq deyil, bu, ziddiyyətdir. Bu, çox təhlükəli meyillərdir. Ölkəmiz bu baxımdan nadir əhəmiyyət kəsb edir və biz bu vəziyyəti burada qorumalıyıq. İmkan verə bilmərik ki, bu gözəl şərait pozulsun. Baxmayaraq, yəqin elə qüvvələr var ki, bunu pozmaq istəyirlər. Amma onların cəhdləri keçmişdə də baş tutmamışdır, son aylar ərzində də baş tutmamışdır və bundan sonra da baş tutmayacaqdır.

Mən sizin hamınızı gərgin işə dəvət edirəm. Hökumət üzvlərini dəvət edirəm desəm, yaxşı çıxmaz, onlardan tələb edirəm, iş adamlarını dəvət edirəm, bütün cəmiyyəti buna dəvət edirəm ki, biz ölkəmizi daha da gücləndirək və güclü dövlət yaradaq. Bu işdə hamınıza uğurlar arzulayıram. Sağ olun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb