Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Rayonlarda bizi ən çox narahat edən problemləri hamınız qeyd etdiniz. Elektrik enerjisi, qaz, su təchizatı - əsas problemlər bunlardır. Bu istiqamətdə işlər görülür. Qeyd etdiyim kimi, yeni elektrik stansiyalarının tikintisi imkan verəcək ki, enerjiyə olan tələbat tam şəkildə ödənilsin. Eyni zamanda, Azərbaycanda bu ildən başlayaraq yeni qaz yatağı istismara verilir və oradan çıxarılacaq qaz, əlbəttə ki, əhaliyə xidmət edəcəkdir. Yəni bu məsələlərin əksər hissəsi öz həllini 2006-cı ildə tapmalıdır. Amma bununla yanaşı, digər məsələlər var. Siz də bunları qeyd etdiniz. Artezian quyularının qazılması, məktəblərin təmiri, tikintisi, xəstəxanaların tikintisi, yolların salınması – bütün bunlar əlbəttə, öz həllini tapmalıdır. Yeni iş yerlərinin açılması da həmçinin. Konserv zavodu da tikilməlidir, əlavə kreditlər də verilməlidir. Yəni bütün bunlar gərək dəqiqliyi ilə hesablansın. Öz təkliflərinizi Prezidentin İcra Aparatına, Zeynal Nağdəliyevə təqdim edin. Sizə də tapşırıq verirəm ki, bu üç rayonun sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər planı hazırlansın və orada bütün məsələlər konkret əksini tapsın: nə vaxt görülməlidir, necə görülməlidir, bunun maliyyə mənbəyi haradan olacaq, nə qədər maliyyə vəsaiti lazımdır ki, biz bunları həll edək. Əlavə vəsait də ayrılacaqdır. Hər şey gərək dəqiqliyi ilə hesablansın və yeni sərəncam çərçivəsində biz bunları həll edək.

Azərbaycanda sosial-iqtisadi problemlər çoxdur. Regionların inkişafı proqramının əsas məqsədi də budur ki, bütün problemlər aradan qaldırılsın. İşlər gedir, yeni iş yerləri açılır, yoxsulluq səviyyəsində yaşayanların sayı aşağı düşür, əməkhaqqı artır. İndi, məsələn, bilirsiniz ki, tikinti sektorunda da çox böyük irəliləyiş var. Əvvəllər çoxlu sayda işsiz adamlar var idi. İndi mən rayonlarda oluram, müxtəlif binaları tikən insanlardan soruşuram, deyirlər ki, kim işləmək istəyirsə, o da özünə iş tapır. Bəzi hallarda ayrı-ayrı firmalar işçi qüvvəsi axtarır, tapa bilmirlər. Biz gərək bütün məsələlərə kompleks şəkildə baxaq. Harada işlər görülür, biz gərək bunu əlaqələndirək. Müəyyən rayonlarda daha çox tikinti aparılır. Deməli, gərək biz insanları səfərbər edib o rayonlara yönəldək. Bu, təbii bir prosesdir. Yenə deyirəm, əgər hər bir rayonun, hər bir kəndin problemi öz həllini taparsa, deməli, ölkədə problem qalmayacaqdır.

Yollar, kənd yolları bərbad vəziyyətdədir. Uzun illərdir ki, vəsait qoyulmur. İndi vəsaitimiz var və bu sahəyə ayrılır. Siz rayonlarda yaşayırsınız, burada rəhbərlik edirsiniz və hər şeyi də bilirsiniz. Nə etmək lazımdır, onu da bilirsiniz. Bəzi işlərə sizin gücünüz çatmır. Təbii ki, siz bizə müraciət etməlisiniz. Əlavə vəsait ayrılacaqdır. Vəsait olan halda hər şeyi etmək mümkündür.

Bilirsiniz ki, bu yaxınlarda yol tikintisinə lazım olan təxminən 15 milyon dollar dəyərində yeni texnika alınıbdır. Ona görə ki, biz bunu rayonlarda yolların tikintisinə yönəldək və bundan istifadə edək. Texnika olan halda, vəsait olan halda bütün işləri görməliyik. Ona görə mən sizə göstəriş verirəm, rayonun problemlərini həll etmək üçün maksimum nə lazımdırsa bütün təkliflərinizi Zeynal Nağdəliyevə təqdim etməlisiniz ki, biz konkret, dəqiq proqram tərtib edək. O, birillik ola bilər, ikiillik ola bilər. Ondan sonra siz bunu icra etməlisiniz ki, bu problemlər aradan qaldırılsın. Biz bu yolla ölkəmizi, vətəndaşlarımızı narahat edən problemləri həll edərik.

Bizdə enerjiyə olan tələbat ildən-ilə artır. Düzdür, indi yeni elektrik stansiyaları tikilir və bu tələbat ödənilir. Məni bəzi hallarda inandırmağa çalışırlar ki, rayonlarda hər şey yaxşıdır. Amma mən bilirəm ki, belə deyildir. Bilirəm ki, işıq fasilələrlə verilir, qaz verilmir, demək olar ki, rayonun əhalisinin yarısı onu alır, yarısı almır. Bunun, əlbəttə, təbii səbəbləri var. Çünki kifayət qədər qazımız yoxdur. Biz gərək onu xaricdən alaq və istədiyimiz həcmdə də ala bilmirik. Çünki Rusiyadan gələn magistral qaz kəmərlərinin müəyyən gücü var. Lap istəsək də, 4 milyard 500 milyon kubmetrdən çox qaz ala bilmirik. Yəni bu, təbii məhdudiyyətdir. Amma bilirəm ki, bizim öz “Şahdəniz” qaz yatağımız işə düşəndən sonra bu məsələ həll olunacaqdır.

Elektrik enerjisinə gəldikdə isə, burada heç bir məhdudiyyət yoxdur. Çünki biz qazı elektirk stansiyalarına veririk, ondan başqa, mazut da var. Elektrik stansiyaları da tikilir. Nə üçün biz əhalini işıqla istədiyimiz səviyyədə təmin edə bilmirik? Gərək biz bunu araşdıraq. Elektrik stansiyalarında ildə 2 milyon ton mazut yandırılır, ondan əlavə, 5 milyard kubmetr qaz da yandırılır. Yenə də kifayət etmir. Ona görə bu məsələ ciddi araşdırılmalıdır və mənə real məlumat verilməlidir.

Mən həmişə, hər yerdən soruşuram ki, işıq necə verilir. Bəzi yerlərdə yerli icra nümayəndələri deyirlər ki, hər şey yaxşıdır. Məni aldatmaq lazım deyil, hər şeyi dəqiqliyi ilə bilməliyəm. Bu sualı ona görə vermirəm deyəsiniz ki, yaxşıdır, mən də deyəm ki, sağ olun. Sualı ona görə verirəm ki, vəziyyəti bilim. Çünki mən Bakıda oturub bunun hamısını bilə bilmərəm. Aidiyyəti orqanlara sual verirəm, deyirlər ki, yaxşıdır, yaxşılaşır. Yaxşı, bu, nə qədər yaxşılaşacaq? Mənə lazımdır ki, hər bir kənddə, istənilən vaxtda işıq olsun. Qışda insanlar üşüməsinlər. Bu, insanlarımızın təbii tələbatıdır. Biz də bunu təmin etməliyik. Əsas məsələlər bunlardır – elektrik enerjisi, qaz, su təchizatı və təbii ki, meliorasiya məsələləri və iş yerləri.

O ki qaldı, məktəblərin, xəstəxanaların təmirinə, tikintisinə, bilirsiniz ki, bu, işlər artıq Azərbaycanda geniş vüsət alıbdır. Demək olar ki, bu bir yenilik oldu. Uzun illər idi ki, xəstəxanalar tikilmirdi. İndi ən müasir xəstəxanalar tikilir. Bu il və keçən ilin sonunda onların, deyəsən, 5-i və ya 6-nın təməl daşı qoyulubdur. Birinci Lənkəranda, ondan sonra Gəncə, Qazax, Quba, Bərdə, Zaqatala və başqa yerlərdə. Yəni bu sosial infrastruktur yeniləşəcəkdir. Əlbəttə ki, gərək siz yerlərdə bu işləri aparasınız. Mərkəzi icra orqanları ilə daim əlaqədə olasınız. Biz Prezidentin İcra Aparatında da regional məsələlərlə məşğul olan şöbəni möhkəmləndirdik. Çünki orada da islahatlar aparılır. Yeni yanaşmalar mövcuddur və iş təkmilləşibdir. Mən əminəm ki, biz bu işdə ciddi irəliləyişə nail olacağıq.

Hər halda, regional inkişaf proqamının uğurla icra olunması deməyə əsas verir ki, istiqamət düzgün seçilib, işlər də düzgün şəkildə aparılır. Ancaq gərək biz həmişə öz işimizdən narazı olaq. Baxmayaraq ki, uğurlar da var, nəticələr də var, amma problemlər də var və çətinliklər də var. Nə qədər ki, bunlar var, biz öz işimizdən razı ola bilmərik. Ona görə mən sizi çox ciddi işləməyə dəvət edirəm ki, proqram tərtib etdiyimiz kimi icra olunsun və qarşıya yeni çıxan məsələlər öz həllini tapsın.

Siz burada bir neçə ciddi məsələyə toxundunuz. Onların, bu məsələlərin proqramda əksi yoxdur. Çünki iki il bundan əvvəl unudulmuşdu, yaxud da bu məsələlər sonra meydana çıxıbdır, həm də, ümumiyətlə, bütün məsələləri bir proqramda əhatə etmək mümkün deyildir. Amma indi qaldırdığınız məsələlərə konkret şəkildə baxılacaq, qərarlar qəbul ediləcək və siz də onları icra etməlisiniz. Bu işdə sizə uğurlar arzulayıram.

Bütövlükdə yenə də deyirəm, mən Qarabağ bölgəsində olmağımdan çox məmnunam. Çox istəyirəm ki, Qarabağ bölgəsi daha da inkişaf etsin. O, bizim tarixi diyarımızdır, doğma torpağımızdır. Bura döyüş bölgəsidir, müharibə bölgəsidir, xüsusi diqqət olmalıdır. Bura çox xüsusi münasibət olmalıdır. Burada sosial problemlər olmamalıdır. İşıq həmişə yanmalıdır, qaz olmalıdır, yaxşı sosial infrastruktur olmalıdır.

Qarabağ həmişə möhkəm olsun, Azərbaycanın dayağı olan Qarabağ çiçəklənsin! Uğurlar arzulayıram.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub