AZƏRBAYCAN PREZİDENTİNİN TAPŞIRIĞI İLƏ KLİNİK TİBB MƏRKƏZİNİN TƏMİRİ ÜÇÜN VƏSAİT AYRILMIŞDIR
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə keçmiş 1 nömrəli Şəhər Klinik Xəstəxanasının və Təcili Tibbi Yardım Xəstəxanasının bazasında yaradılmış Klinik Tibb Mərkəzinin təmiri üçün vəsait ayrılmışdır. Antisanitariya, istilik sisteminin, kanalizasiya xətlərinin yararsızlığı, zirzəmiləri su basması üzündən xəstəxana səhiyyənin tələblərinə cavab vermirdi. Məhz buna görə bir çox xəstələr müalicə üçün burada qalmaqdan imtina edirdilər. Stasionarların imkanından cəmi 10-15 faiz istifadə olunurdu.
Təmir iki mərhələdə həyata keçiriləcəkdir. İlkin mərhələdə ilin sonunadək 4 korpus təmir olunacaqdır. Mərkəz Cənubi Qafqazda analoqu olmayan ən müasir tibb avadanlığı ilə təchiz ediləcəkdir.
Xatırladaq ki, səhiyyə nazirinin sərəncamına əsasən, Klinik Tibb Mərkəzində əhaliyə pulsuz xidmət göstəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]