Azərbaycan Qran-Prisi haqqında maraqlı paylaşım: ordenli Hemilton və papaqlı Fettel
Bakı, 8 iyun, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində “Setanta Sports” telekanalı sosial şəbəkələrdə çox maraqlı bir poster paylaşıb.
AZƏRTAC xəbər verir ki, həmin paylaşımda Bakının İçərişəhəri fonunda üç Formula 1 çempionu təsvir edilib və onların hər biri asanlıqla tanınan azərbaycanlı obrazındadır: Fernando Alonsonun əlində qayka açarı, Sebastian Fettelin başında papaq, Lyuis Hemiltonun əynindəki pencəyin döşündə 7 orden. Bu mənzərəni nərd oyunu tamamlayır.
Bu il Bakıda tarixdə altıncı dəfə Formula 1 mərhələsi keçiriləcək.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-dan 12-dək Bakıda təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.09.2026 [15:48]
Formula 1: Corc Rassell liderliyini qoruyur
- 24.09.2026 [17:21]
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]