Azərbaycan Qran-Prisi: Trasda dəyişikliklər
Bakı, 27 aprel, AZƏRTAC
Beynəlxalq Avtomobil Federasiyası (FIA) uik-end ərəfəsində ötən illə müqayisədə Bakı trasındakı dəyişikliklərlə bağlı məlumat verib.
AZƏRTAC xəbər verir ki, 16-cı döngədən 13-cü döngəyədək olan hissəyə yeni asfalt döşənib. Pit-leynə girişdən sol tərəfdə maşınlar üçün əlavə giriş yaradılıb, sol tərəfdə çıxışda da ikisi əlavə olunub.
Pit-leyndən çıxışda sağ tərəfdə maşınların girişi üçün və əksinə, 14-cü döngədən sağ tərəfdə girişdə qapılar dəyişdirilib.
Bundan başqa, 11-ci döngənin “zirvə”sində beton divarın yeni əyri elementi quraşdırılıb.
Qeyd edək ki, Formula 1 çempionatı aprelin 28-də start götürəcək, Azərbaycan mərhələsi iki təsnifat və iki yarış yürüşü ilə yeni formatda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]