AZƏRBAYCAN QROSSMEYSTERİ VÜQAR HƏŞİMOV DÜNYA KUBOKUNUN SAHİBİ QATA KAMSKİYƏ QALİB GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakıda FİDE-nin Qran-Pri turnirinin aprelin 28-də keçirilən 7-ci turunda Azərbaycan qrossmeysteri Vüqar Həşimov ABŞ təmsilçisi, Dünya kubokunun sahibi Qata Kamskini məğlubiyyətə uğratmışdır.
Turnirdə ikinci qələbəsini qazanan həmyerlimiz liderlər qrupuna daxil olmuşdur. Bu turda bolqarıstanlı İvan Çeparinovla mübarizə aparan Şəhriyar Məmmədyarov heç-heçə imkanını əldən buraxmış, 40-cı gedişdə rəqibinə təslim olmuşdur.
Teymur Rəcəbov isə dünyanın ən gənc güclü qrossmeysteri sayılan Norveç nümayəndəsi Maqnus Karlsenlə görüşdə yaxşı hücum imkanlarına malik olmasına baxmayaraq, rəqibinin müdafiəsini yara bilməmiş və bir neçə qeyri-dəqiq gedişdən sonra mübarizəni dayandırmışdır.
Digər görüşlər belə nəticələnmişdir: S.Karyagin-Ernesto İnarkiev 1:0, M.Adams-E.Bakro 0.5:0.5, A.Qrişuk-Vanq Yu 0.5:0.5, D.Navara-P.Svidler 0.5:0.5.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]