AZƏRBAYCAN QROSSMEYSTERİ VÜQAR HƏŞİMOV RUSİYA ŞAHMATÇISI PETER SVİDLERƏ QALİB GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakıda “Hyatt Regency-Naxçıvan” mehmanxanasında keçirilən və ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş FİDE-nin Qran-pri turnirində növbəti 3-cü tura yekun vurulmuşdur.
Azərbaycan şahmatçısı Vüqar Həşimov Rusiya çempionu Peter Svidlerlə qarşılaşmış, 31-ci gedişdə onu təslim olmağa məcbur etmişdir. Bu, şahmatçımızın turnirdə ilk qələbəsidir.
Daha bir şahmatçımız - beynəlxalq qrossmeyster Teymur Rəcəbov Çin qrossmeysteri Yu Vanqla görüşün 37-ci gedişində mübarizəni davam etditməyi lüzumsuz hesab edərək heç-heçəyə razılaşmışdır.
Ötən turda rusiyalı Ernesto İnarkiyevə uduzmuş həmyerlimiz Şəhriyar Məmmədyarov isə bu turda ABŞ təmsilçisi, dünya kubokunun sahibi Qata Kamski ilə heç-heçə oynamışdır.
Digər qarşılaşmalarda Aleksandr Qrişşuk David Navara, Etyen Bakro İvan Çeparinov, Sergey Karyagin Maykl Adams, Maqnus Karlsen Ernesto İnarkiyev üzərində qələbə qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]