AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN DİPLOMATİK AKADEMİYASININ YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTINİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
2.1. Akademiyanın fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2006-cı il üçün dövlət büdcəsindən və 2007-ci il və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutsun;
2.2. Akademiyanın bina ilə təmin olunması üçün zəruri tədbirləri görsün;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Akademiyanın Nizamnaməsinin və strukturunun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2006-cı il.