AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Fevralın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Avropa Birliyinə daxil olan ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərini və səfirliklərin nümayəndələrini qəbul etmişdir.
Görüş zamanı qonaqların xahişi ilə nazir V.Quliyev cari il fevralın 12-də Türkiyənin İstanbul şəhərində keçiriləcək İslam Konfransı Təşkilatı ilə Avropa Birliyinin birgə forumunda iştirakı barədə məlumat vermişdir.
Nazir bu forumun İslam ölkələri ilə Qərb ölkələri arasında əlaqələrin möhkəmlənməsi üçün böyük əhəmiyyəti olduğunu, Şərq və Qərb mədəniyyətləri arasında dialoqun inkişafının vacibliyini vurğulamışdır. 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror hadisəsinə toxunan nazir Vilayət Quliyev bəşəriyyətə təhlükə doğuran terrorizmin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin səfərbər edilməsinin və bu istiqamətdə dünyanın bütün dövlətləri və qurumları ilə əməkdaşlığın zərurətini önə çəkmiş və forum çərçivəsində aparılacaq dialoqun bu gün üçün vacibliyini xüsusi qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [21:54]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [18:18]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]