AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİNİN YARADILMASI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi ləğv edilsin və onun əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılsın.
2. Ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin tikinti sahəsindəki funksiyaları, “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu və Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi (Dövlətbaşekspertiza) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə verilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
3.1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin Əsasnaməsinin layihəsini, komitənin strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2006-cı il.