SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Ədliyyə Nazirliyinin, Vergilər Nazirliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq Nazirlər Kabineti qərara almışdır ki, “Oiymətli metallardan istehsal edilmiş məmulatların əyarlanması, damğalanması, ekspertizası, əyar reaktivlərinin hazırlanması, qiymətli metallar və qiymətli daşlardan zərgərlik və məişət məmulatlarını hazırlayan istehsalçılara qeydiyyat şəhadətnaməsinin verilməsi, ad damğalarının qeydiyyata alınması, habelə başqa laboratoriya işlərinin aparılması üçün əyar haqqı tarifləri” təsdiq edilsin.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
X X X
“Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2001-ci il 21 dekabr tarixli Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabineti qərara almışdır ki, Nazirlər Kabinetinin aşağıdakı qərarları qüvvədən düşmüş hesab edilsin:
“Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin mərkəzi aparatının strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1964-cü il 11 avqust tarixli 505 nömrəli qərarının 1-ci bəndi;
“Kapital qoyuluşlarının planlaşdırılması qaydası haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 11 yanvar tarixli 15 nömrəli qərarının 1-4-cü bəndləri;
“Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 11 iyun tarixli 295 nömrəli qərarı (8-ci bənd istisna olmaqla);
“Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 7 sentyabr tarixli 483 nömrəli qərarının 1-ci bəndi.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.