SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa və “Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 yanvar tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 160 nömrəli qərarına əsasən “Azərbaycan Respublikasının Dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatlarının dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri haqqında nümunəvi Əsasnamə” təsdiq edilmişdir.
X X X
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 161 nömrəli qərarına əsasən “Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısı” təsdiq edilmişdir.
X X X
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa və “Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 yanvar tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarına əsasən “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası” təsdiq edilmişdir.
Hər üç qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.