AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Bizə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü, sonsuz minnətdarlığımızı bildiririk. 2004-cü il martın 5-də olduqca isti küləklə başlayan görünməmiş güclü qasırğa nəticəsində qısa bir anda evlərimiz bir-birinin ardınca yanmağa başladı. Sizin təcili göstərişiniz sayəsində az sonra ətraf rayonların yanğınsöndürənləri də köməyimizə çatdılar, evlərin hamısının yanmasının qarşısını aldılar.
İndi isə yenə də Sizin diqqət və qayğınız sayəsində bizə maddi və mənəvi yardım göstərilir. Bu qayğınıza görə bir daha təşəkkür edir, Sizə cansağlığı, uzun ömür diləyir, respublikamızın daha da inkişafı naminə məqsədyönlü fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Sizə dərin hörmət və ehtiram hissləri ilə,
Daşkəsən rayonu Zağalı kəndinin sakinləri adından:
Ziyad Məmmədov, Xıdır Verdiyev,
Həbibə Həsənova, Həsənqulu İsayev,
Zümrüd İsgəndərova, Eyvaz Verdiyev,
Etibar Verdiyev, Kərəm Allahverdiyev,
Atlaz Bağırova.